La Liqada mərc qalmaqalı
Bölmə: İdman › ,Tarix: 23:08 14.01.2025
İspaniyanın "Sevilla" komandasında çıxış edən "Kike" ləqəbli ispaniyalı müdafiəçi Enrique Jesus Salas mərc oyunlarında saxtakarlıq ittihamı ilə saxlanılıb.
İspaniya mətbuatında çıxan xəbərlərdə Kike Salasın keçən il oynadığı bəzi matçlarda sarı vərəqə aldıqdan sonra futbol mərc oyunlarında haqsız qazanc əldə etmək üçün iki dostu ilə anlaşdığı iddia edilib. Salasın ötən mövsüm 9 matçda 7 sarı vərəqə aldığı və ittihamların hazırda yalnız mövsümün sonundakı matçlarla bağlı olduğu qeyd edilib. İspan futbolçunun bəzi matçlarda bilərəkdən sarı vərəqə aldığı və buna qoyulan mərclərdən haqsız qazanc əldə etdiyi iddia edilir.
Bildirilib ki, ona qarşı aparılan istintaq çərçivəsində bu gün Sevilya şəhərində saxlanılan ispaniyalı futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. “Sevilla” klubu və Kike Salas hələlik iddialarla bağlı açıqlama verməyib. İtaliyanın "Lazio" klubunun transfer siyahısında olduğu iddia edilən 22 yaşlı Salas dekabrda "Sevilla" ilə müqaviləsini 2029-cu ilin iyununa qədər uzadıb.
Zəhra Həsənova
TRT Spor