Kerem Aktürkoğlundan sərt reaksiya! -Tamamilə görməzdən gəlmək nankorluq olardı
Bölmə: İdman › ,Tarix: 23:14 14.01.2025
Portuqaliyanın “Benfika” klubunda çıxış edən Kerem Aktürkoğlu, sosial şəbəkədə özünə ünvanlanan bir şərhə sərt reaksiya verib.
Ona yazılan “Bunu yazdığıma razı olmayanlar ola bilər, hörmətlə yanaşıram, amma “Qalatasaray”ın həm Avropada, həm də liqada bu qədər xal toplamasında Keremin ayrılmasının da rolu var. Keremin sabitliyinə və hücuma verdiyi töhfəyə sözüm yoxdur. Neçə oyuna da birbaşa təsir edib, amma oyununda ciddi çatışmazlıqlar da var” şərhinə cavab verib.
Kerem Aktürkoğlunun paylaşımı belə olub:
“Mən də sizə bir sual vermək istəyirəm: “Qalatasaray”ın ən uğurlu olduğu anda belə,“Qalatasaray”a əmək verən və “Qalatasaray”dan ayrılsa da, klubunun sevincindən hüzur tapan bir keçmiş oyunçunun ağlınıza gəlməsi, hansı tənqid mədəniyyətinin məhsuludur?”
Burada bəhs etdiyim şey rəqəmlər, qazanılan kuboklar və ya vurulan qollar deyil; əks halda, sizin də dediyiniz kimi, bunları tamamilə görməzdən gəlmək “nankorluq” olardı. “Qalatasaray” səviyyəsinə çatan hər bir oyunçunun hekayəsində saysız-hesabsız fədakarlıq var. Mən də zərbə aldıqca güclənməyə alışmışam. Amma bu, mənim hisslərim olmadığı anlamına gəlmir. Müsbət bir vəziyyəti belə izah edərkən, pessimist və mənasız bir revanşist yanaşma göstərməyinizin günahkarı təəssüf ki, mən deyiləm. Məndən nə istədiyinizi isə açığı, başa düşmürəm.
Hüzurla və xoşbəxtliklə futbol həyatıma davam etmək, bir neçə saat sonra olacaq matçıma diqqətimi cəmləmək istəyən bir idmançıyam. Cavab haqqımı istifadə etdiyim zaman belə, tənqid olunacağımı, “Matç günü hələ də şərhləri izləyir, necə də bədbəxtdir, bax buna görə…” deyiləcəyini bilirəm, elə deyilmi?
Nə işlə məşğul olduğunuzu bilmirəm, amma ümid edirəm ki, sizin peşənizlə bağlı şərh verən insanlar da tənqidlərini reallığa əsaslanmayan, əzbərlənmiş sözlər və mifləşmiş klişelər üzərindən etməzlər.
Çünki bu günün mövzusu mən ola bilərəm; sabah isə bu gün çox uğurlu olan digər qardaşlarım…”
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli