Lionel Messi köhnə klubuna qayıdır!
.jpg)
Tarix: 13:24 17.01.2025
Amerikada Inter Miami formasını geyinən Lionel Messi, köhnə komandası Newell’s Old Boys-a geri dönür.
Daily Mail-in xəbərinə görə, mövsümün əvvəlində 36 yaşındakı Argentina ulduzu Inter Miami-ə keçərək hamını təəccübləndirmişdi.
Ulduz futbolçu, ABŞ-da göstərdiyi performansla hər kəsi yenidən özünə heyran buraxdı və indi bu məsələ ilə bağlı yeni bir inkişaf baş verdi.
Messi, 2025-ci ilin sonunda Inter Miami ilə olan müqaviləsinin bitməsinin ardından, ilk komandası olan Newell’s Old Boys-a qatılmağı planlaşdırır. Kariyerasının son mərhələsində, altyapısında yetişdiyi komandaya qayıtmaq istəyən Messi, duyğusal bir dönüş ilə bu komandada kariyerasını bitirməyi düşünür.
Inter Miami ilə çempionatda 7 oyuna çıxan Messi, komandaya 10 qol və 1 assistlik töhfə verib.
Mənbə: beinsports
Aytac Mustafayeva