Ovda səhvən dostunu öldürdü-Ev həbsi cəzası aldı

Bölmə: Hadisə › ,
Tarix: 20:24 17.01.2025

Orduda ov zamanı təsadüfən dostu Cengizhan Karacının ölümünə səbəb olduğu iddia edilən D.D. ev həbsi cəzasına məhkum edildi.

 

15 yanvar tarixində saat 17:00 radələrində Ordunun Fatsa rayonunun Yapraklı məhəlləsində yerləşən fındıq bağı ərazisində ov edən Cengizhan Karacı (16), iddiaya görə, yanındakı dostu D.D. (16) tərəfindən ov tüfəngi ilə səhvən vurulub.

 

Hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb edilib. Ağır yaralanan Cengizhan Karacı, tibbi yardım qruplarının ilk müdaxiləsindən sonra Fatsa Dövlət Xəstəxanasına çatdırılıb. Lakin o, müalicə aldığı xəstəxanada həyatını itirib. Hadisə ilə bağlı başlanan araşdırma çərçivəsində D.D. saxlanılıb. Jandarmadakı ifadəsindən sonra məhkəməyə çıxarılan D.D., hakim qərarı ilə ev həbsi cəzasına məhkum edilib.

 

Mənbə: NTV

Ləman Ağayeva