To Lamın Bakıya səfəri-ŞƏRH

Tarix: 17:28 10.05.2025
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Ekspertlər bu səfəri Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi istiqamətində önəmli hadisə kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Əli Mustafa qeyd edib ki, Vyetnam Sakit Okean regionunda kifayət qədər güclü və inkişaf etmiş sənaye potensialına malik ölkələrdən biridir. Bu baxımdan, Azərbaycan üçün belə bir ölkə ilə əlaqələrin genişləndirilməsi, Asiya–Sakit okean regionunda dost və tərəfdaş ölkələrin sayının artması deməkdir:
“Bu səfər Azərbaycanın çoxvektorlu xarici siyasət kursu ilə tam uzlaşır. Biz yalnız Avropa və Amerika ilə deyil, Asiyanın bir çox ölkələri ilə də əməkdaşlığımızı dərinləşdiririk. Bu isə beynəlxalq münasibətlərdə mövqeyimizin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Vyetnam arasında əməkdaşlıq təkcə iqtisadi və diplomatik deyil, həm də humanitar və mədəni sahələrdə genişlənə bilər. Hazırda iki ölkə arasında enerji sahəsində – xüsusilə neft ixracı istiqamətində əməkdaşlıq mövcuddur. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu əməkdaşlıq hər iki ölkənin müxtəlif sahələr üzrə potensialını artırmağa imkan verəcək. Diplomatik əlaqələrin dərinləşməsi, mədəni əməkdaşlığın inkişafı və ticarət sahəsində qarşılıqlı fəaliyyət gələcəkdə Azərbaycan üçün beynəlxalq nüfuzun daha da artmasına səbəb ola bilər".
Selcan Əhmədli
Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilib-İlham Əliyev
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik-İlham Əliyev
Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur-Azərbaycan Prezidenti