İsmayıl Kartal transfer üçün hərəkətə keçdi!

Bölmə: İdman › ,
Tarix: 19:31 27.01.2025

İranın "Persepolis" komandası ilə anlaşma əldə edən İsmayıl Kartalın transfer üçün istiqamətini Türkiyəyə çevirdiyi iddia edilib.

 

Təcrübəli baş məşqçinin transfer hesabatını təqdim etdiyi və İran klubunun Türkiyədə çıxış edən futbolçulara yönəldiyi bildirilib. "Persepolis" klubunun CEO-su Rza Darvish, Almaniyada yetişmiş bir türk mərkəz hücumçusu ilə transfer danışıqları apardıqlarını açıqlayıb. "Persepolis"dən edilən bu açıqlamadan sonra həmin adların "Alanyaspor"un oyunçusu Serdar Dursun və ya "Fenerbahçe"dən Cenk Tosun ola biləcəyi qeyd edilib. Serdar Dursunun transfer ehtimalının Cenk Tosundan daha yaxın olduğu vurğulanıb. İran klubu "Persepolis" ilə razılığa gələn İsmayıl Kartal, 1,5 illik müqavilə imzaladıqdan sonra hava limanında mətbuat nümayəndələrinə danışıb.

 

Türkiyədən futbolçuları transfer edə biləcəyini ifadə edən İsmayıl Kartal, “Türkiyədən gətirmək istədiyim oyunçular var. Danışıqlar aparırıq. Transferə bir neçə gün qalıb. Əldə edə bilsək, buradan izlədiyim, tanıdığım oyunçular var. Onları transfer etmək üçün çalışacağıq. Türkiyədən izlədiyimiz və birlikdə işləmək istədiyim futbolçular var” sözlərini işlədib.

 

Mənbə:Milliyət
Fatimə Abdulrəhimli