Tələb olunarsa, Suriyaya dəstək verəcəyik -Türkiyə MN

Bölmə: Dünya › ,
Tarix: 17:00 17.07.2025

Tələb olunduğu təqdirdə Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün hər cür dəstəyi verəcəyik.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik sözçüsü bildirib ki, Suriyadakı son hadisələr və İsrailin Suriyaya hücumları ilə bağlı Türkiyənin mövqeyi aydındır: “Bizim məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin Suriyaya hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur”. O, İsrailin Suriyaya endirdiyi hava zərbələri zamanı Suriyadakı Türkiyə hərbçilərinin zərər görmədiyini vurğulayıb.