Ronaldo formadadır: demək olar ki, hər oyunda qol vurur

Bölmə: İdman › ,
Tarix: 21:11 27.01.2025

Ronaldo karyerasında 920-ci qolunu vurdu.

 

Cristiano Ronaldo "Əl-Nəsr”in Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-Fateh” üzərində 3:1 hesablı qələbə qazanmasına kömək etdi.

 

39 yaşlı portuqaliyalı oyunçu üçüncü qolu vurdu, lakin onun daha iki qolu ofsayd səbəbindən ləğv edildi. Hücumçu karyerasında 920-ci qolunu vuraraq liqanın bombardirlər siyahısında birinci yeri möhkəmləndirdi.

 

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının bombardiri oldu.

 

Portuqaliyalı əla formadadır — son 9 klub və milli komanda oyununda 12-ci qolunu vurub, liqada isə ümumi olaraq 14 qolla bombardirlər siyahısında liderlik edir. Onu Karimm Benzema və Aleksandar Mitroviç iki qolla geridən izləyir. Bununla belə, “Əl-Nəsr” çempionluq yarışında rəqiblərindən geri qalır — komanda üçüncü yerdədir və “Əl-İttihad” və “Əl-Hilal”dan 8 xal geri qalır. Həmçinin rəqiblərin ehtiyatda bir oyunu da var.

 

Mənbə: sportexpress

Aytac Mustafayeva