Beşiktaş, Sporting-in ulduzuna təklif hazırlığında!

Tarix: 21:22 27.01.2025
Trendyol Super Liqa klublarından Beşiktaşla bağlı Portuqaliya mətbuatında diqqətçəkən transfer iddiası ortaya atılıb.
Qış transfer pəncərəsində heyətini gücləndirmək istəyən Beşiktaş, Sporting-in futbolçusu Markus Edvardsla maraqlanır.
“A Bola”da yer alan xəbərə görə, ağ-qara klub 26 yaşlı futbolçunu heyətinə cəlb etmək üçün addım atmağa hazırlaşır.
Xəbərin davamında qeyd edilir ki, Markus Edvardsın nizam-intizamsız davranışlarına görə heyətdən kənarlaşdırılmasından sonra Sporting onun komandadan ayrılmasına müsbət yanaşır.
26 yaşlı ingilis cinah oyunçusunun Sporting ilə 2026-cı ilə qədər müqaviləsi mövcuddur.
BU MÖVSÜMDƏKİ PERFORMANSI
Markus Edvards bu mövsüm Sporting formasında 6 liqa oyununa çıxıb və 1 dəfə fərqlənib.
Mənbə: beinsports
Aytac Mustafayeva