“Azərbaycan Ermənistanın bu cür təxribatlarına müşahidəçi olaraq qalmayacaq”-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:04 28.01.2025

Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə “Bez Tormozov” teleqram kanalı foto sübutlar yayımlayıb.

 

Mövzu ilə bağlı politiloq Oqtay Qasımov “informator.az” a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla şərti sərhədlərdə, o cümlədən Kəlbəcər istiqamətində şərti sərhəd boyunca istehkamlar qurması və hərbi texnika artilleriya vasitələri yetləşdirməsi onu göstərir ki, Ermənistan təxribatları davam etdirmək niyyətindədir:

 

“Azərbaycanda bu prosesləri izləyir. Ermənistan bu addımı atarkən təkbaşına etmir. Ermənistanı son illərdə intensiv şəkildə silahlandıran ölkələr, xüsusilə Fransa Ermənistanı silahlandırmaq, həm də təxribata təhrik edir. Bunun vasitisə ilə bölgədə stabil sülhün əldə olunmasını əngəlləməklə gərginlik ocağı yaratmaq istəyir. Məhz bunun üzərindən Aİ-nın mülki missiyasının bölgədə qalma müddətini artırmaq, və missiyanın funksiyalarını daha da genişləndirmək istəyirlər.

 

Bu təxribatların arxasında duran niyyətlərdən biri Ermənistana verilən silahları Ermənsitan tərəfi real döyüş vəziyyətində sınaqdan keçirmək istəyir. Eyni zamanda, bu silahları satan dövlətlər də bunun tərəfdarıdır. Təxribatlar zamanı hansısa kiçik bir uğur əldə etməklə, bunu böyük qələbə kimi Ermənistan cəmiyyətinə təqdim etmək, o cümlədən Ermənistan ordusunda revanşist əhval-ruhiyyəni yüksələtmək niyyətləri görülür. Azərbaycan prezidenti ən yüksək səviyyədə bu məsələlərə münasibət bildirir.

 

Qeyd olunub ki, Azərbaycan Ermənistanın bu cür təxribatlarına və sürətli silahlanmasına müşahidəçi olaraq, qalmayacaq. Əgər bu təxribatlar, silahlanmalar ciddi təhlükə yaradarsa, Azərbaycan kifayət qədər sərt və adekvat tədbirlər görəcək”.


Kəmalə Vəliyeva