Respublikamızda Bələdiyyə seçkiləri keçirildi

Tarix: 19:58 29.01.2025
29 yanvar 2025-ci il tarixində Respublikamızda yerli özünüidarəetmə orqanı olan Bələdiyyələrə seçkilər keçirilib. Seçkilər ölkə ərazisində ümumilikdə 118 seçki dairəsində, 5846 məntəqədə keçirilib.
Seçkilər səhər saat 08:00-dan başlayaraq axşam saat 19:00-da yekunlaşıb . Saat 17:00-a qədər Respublika üzrə 1 milyon 715 min-dən çox adam səs verib. Ümumilikdə bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 962 min-ə qədər seçici var.
Seçkilərdə Ali Baş Komandan, Respublika başçısı İlham Əliyev də iştirak edərək, 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
Seçkilər paytaxt Bakı və müxtəlif şəhərlərdə, həmçinin Naxçıvan Muxtar Respublikasında keçirilib.
Seçkilərdə seçici fəallığı və aktivlik müşahidə olunub. Seçkilərdə şəffaflıq maksiumum dərəcədə təmin edilib və heç bir qayda pozuntusa rast gəlinməyib.
Nərmin Həşimova