ABŞ əsgərləri Suriyadan çəkiləcək
Bölmə: Dünya › ,Tarix: 15:25 05.02.2025
Pentaqon, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarının ardından Suriyadakı bütün Amerika qüvvələrini çıxarmağa hazırlaşır.
Tramp və ona yaxın rəsmilər, Suriyadakı bütün ABŞ əsgərlərini geri çəkmək istədiklərini bildiriblər. Bu mövqedən sonra Pentaqon 30, 60 və ya 90 gün ərzində tam çıxarılmanı nəzərdə tutan üç fərqli ssenari hazırlayıb.
Bəs Amerika əsgərlərinin Suriyadakı gələcəyi necə olacaq?
MASADAKI ÜÇ SSENARİ
Pentaqon rəsmilərinin 30, 60 və ya 90 gün ərzində tam çıxarılmanı əhatə edən üç fərqli ssenari üzərində işləməyə başladıqları bildirilib. ABŞ müdafiə rəsmilərinə görə, Trampın yeni milli təhlükəsizlik müşaviri Mayk Volts cümə günü ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahında olub. O, yüksək rütbəli ABŞ hərbi liderləri ilə görüşərək Yaxın Şərq barədə brifinqlər alıb.
ABŞ-nin SURİYADAKI MİSSİYASI
Tramp 2019-cu ilin sonunda Müdafiə naziri Ceyms Mettisə Suriyadakı bütün ABŞ qüvvələrini çıxarmağı əmr edib. Mettis bu plana qarşı çıxmış və etiraz olaraq istefa verib. Tramp ABŞ qüvvələrinin böyük bir hissəsini geri çəkdi, lakin daha sonra onları bölgəyə yenidən yerləşdirdi. O vaxtdan bəri ABŞ-nin Suriyadakı varlığı davam edir.
ABŞ ƏSGƏRLƏRİNİN HƏQİQİ SAYI
Pentaqon dekabr ayında Suriyada təxminən 2 min əsgərin yerləşdirildiyini açıqlayıb. Bu rəqəm, ordunun illərdir elan etdiyi 900 əsgərin iki qatından çoxdur. Pentaqon, Suriyadakı hərbi missiyanın əsas məqsədinin terror təşkilatı İŞİD-i zəiflətmək olduğunu bildirir.
Mənbə: NTV haber
Aygün Babayeva