Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü

Bölmə: Hadisə › ,
Tarix: 17:43 05.02.2025

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

 

"İnformator.az" “Qafqazinfo"ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov bir ay əvvəl ürək əməliyyatı keçirib.

 

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

 

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bildirilib ki, Yusif Yusifov ailənin tək övladı idi. O, ötən ilin noyabr ayında ürəyindən əməliyyat olunub.