Şəmkirdə göldə 3 uşaq batıb

Tarix: 18:44 04.07.2025
Şəmkir rayonunun Qədimqala kəndində 3 uşaq göldə batıb.
Bu barədə "İnformator.az" Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.