Qış çayları içimizi isidir, amma istehlak edərkən diqqətli olun

Bölmə: Maraqlı › ,
Tarix: 14:01 07.02.2025

Üst tənəffüs yolu infeksiyalarında ağla gələn çaylardan biri olan kəklikotu çayının çox bilinməyən xüsusiyyəti qan təzyiqini salmasıdır. Qan təzyiqini daha da aşağı saldığı üçün aşağı təzyiqli insanlar üçün tövsiyə edilmir. Kəklikotu çayı hipertoniya (yüksək qan təzyiqi) xəstələrinin istifadə etdiyi təzyiqi aşağı salan dərmanların effektivliyini artıraraq həyati təhlükə yaradır. Bu səbəbdən təzyiqi yüksək olan insanlar kəklikotu çayını qətiyyən istehlak etməməli və ya içməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

 

Qış çaylarının əvəzolunmaz hissəsi olan qızılgül, tərkibindəki C vitamini sayəsində immunitet sistemini qoruyur və gücləndirir. Bədənin soyuqdəymə və qrip infeksiyalarına qarşı müqavimətini artırır. Ancaq gündə iki stəkandan çox istehlak etmək dəri qaşınması kimi allergik reaksiyalara səbəb ola bilər. Bu bitki çayı ağızda və həzm sistemində qıcıqlanmaya səbəb ola bilər. Tərkibində yüksək C vitamini olduğundan, həddindən artıq istehlak böyrək daşı əmələ gəlməsi riskini artıra bilər. Bundan əlavə, qan durulaşdıran dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyi üçün qan durulaşdıran dərmanlardan istifadə edən insanlar həkimlərinə müraciət etməlidirlər.

 

Boğaz infeksiyasına çox xeyirlidir. Tənəffüs yollarını rahatlaşdıran və öskürəyə yaxşı təsir göstərən adaçayı bəzi dərmanlarla qarşılıqlı təsir potensialına malikdir. Xüsusilə qan durulaşdırıcı, şəkər xəstəliyinə qarşı dərmanlar və antidepresan dərmanlardan istifadə edənlər həkimə müraciət etmədən istifadə etməməlidirlər. Hamilə qadınlar uterus əzələlərinə stimullaşdırıcı təsir göstərdiyinə görə adaçayı istehlak etməməlidirlər.

 

Mənbə: pembe nar 

Nigar Səmədli