Braziliyada təyyarə yolda maşınlara çırpılıb

Bölmə: Hadisə › ,
Tarix: 16:49 07.02.2025

Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə avtomobillərin üzərinə düşüb. Qəza nəticəsində azı iki nəfər ölüb.

 

Bölgədən görüntülərdə təyyarənin yolda avtobusa çırpıldığı görünür. Xoşbəxtlikdən avtobusda heç kim yox idi. Qəza nəticəsində təyyarədə olan azı iki nəfər həlak olub.

 

Hadisə şahidləri qəza zamanı güclü partlayış səsi eşitdiklərini bildiriblər. Ümumilikdə təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur. Pilotun hansı səbəbdən təcili eniş etmək istədiyi hələlik məlum deyil.

Həm polis, həm də Braziliya Hərbi Hava Qüvvələri qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova