"UNESCO-nun Azərbaycanda mədəni turizmin inkişafına təsiri və onun KİV-də əks olunması"-Elmi seminar

Tarix: 09:27 19.02.2025
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Leyla Muradzadənin elmi seminarı keçirilib.
"İnformator.az" xəbər verir ki, "UNESCO-nun Azərbaycanda mədəni turizmin inkişafına təsiri və onun KİV-də əks olunması" adlı mövzusunda keçirilən seminarda fakültə müəllimləri, tələbələr, fakültə əməkdaşları iştirak edibler.
Leyla Muradzadə qeyd edib ki, UNESCO-nun Azərbaycanla əməkdaşlığı ölkədə mədəni turizmin inkişafında əsas rollardan birini oynayıb. Azərbaycanın tarixi və mədəni abidələrinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi onların beynəlxalq səviyyədə tanınmasını xeyli artırıb.
Seminarda iştirakçıları maraqlandıran suallara cavab verilib, fikir mübadiləsi aparılıb.