Rəqəmsal dövrdə televiziya və radionun dəyişən rolu-ARZU İSAYEVA

Tarix: 20:16 25.02.2025
Müasir dövrdə televiziya və radionun rolu əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər bu iki media vasitəsi əsas informasiya mənbəyi və əyləncə platformaları kimi çıxış edirdi.
Bu fikirləri "İnformator.az"a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva bildirib:
“Texnoloji inkişaf, rəqəmsal media, internet və sosial şəbəkələrin yayılması televiziya və radionun mövqeyinə və təsir dairəsinə əhəmiyyətli dərəcədə təsir göstərib”.
A. İsayeva qeyd edib ki, internetin geniş yayılması ənənəvi media vasitələrində mühüm dəyişikliklərə səbəb olub:
“Əvvəllər televiziya və radio informasiya və əyləncə sahəsində dominant idi. Lakin internetdə yayımlanan videolar, podkastlar və onlayn platformalar bu sahədə güclü rəqabət yaradıb”.
Arzu İsayeva sonda əlavə edib ki, rəqəmsal platformalar ənənəvi mediaya olan tələbatı azaldıb:
“İstənilən vaxt izlənilə bilən (on-demand) proqramlar, canlı yayımlar və rəqəmsal platformalarda yayımlanan kontentlər (məsələn, Netflix, YouTube, Spotify və digər onlayn kanallar) televiziya və radioya ehtiyacı əhəmiyyətli dərəcədə azaldıb”.
Aysel Mübarizqızı