Sağlam yuxunun sirri açıldı!

Bölmə: Maraqlı › ,
Tarix: 21:42 10.03.2025

Yaxşı yuxu günə enerjili başlamağın açarıdır. NHS-yə görə, böyüklər hər gecə orta hesabla yeddi-doqquz saat yuxuya ehtiyac duyurlar. Ancaq yataq otağınızdakı iş stresi, gündəlik həyatın təlaşı və ətraf mühit faktorları bu prosesi poza bilər. Xoşbəxtlikdən, təbiətin yuxusuzluqdan əziyyət çəkənlər üçün bəzi həll yolları var.

 

Sosial mediada Aralıq dənizi bağbanı kimi tanınan hərbalist Maykl yuxuya getməyi asanlaşdıran üç xüsusi bitki aşkar edib. “Paşa Qılınc” görünüşü ilə diqqət çəkən və baxımı son dərəcə asan bir bitkidir. Onu xüsusi edən odur ki, gecə boyu oksigen istehsal etməyə davam edir və bununla da yuxu keyfiyyətinizi yaxşılaşdırır. Herbalistlər “Paşa Qılınc” ının ətrafdakı oksigen səviyyəsini artıraraq toz və ev heyvanı tükü kimi allergenləri azaltdığını bildirirlər.
Easy Plant mütəxəssislərinin fikrincə, bu bitki havanın keyfiyyətini yaxşılaşdırır, tənəffüs yollarını rahatlaşdırır və daha sağlam yuxu təcrübəsi təqdim edir. Bir çox fərqli rənglərdə mövcud olan səhləb təkcə zərif və estetik bir bitki deyil, həm də yaşadığı mühitin havasını təmizləməkdə çox təsirlidir.
Plantura mütəxəssisləri deyirlər ki, orxideya zərərli kimyəvi maddələri, xüsusilə ksilen, toluol və formaldehidi udaraq ətraf mühitin havasını təmizləyir. Beləliklə, bu bitki təkcə gözəl görünmür, həm də nəfəs aldığınız havanı daha sağlam edir.

 

Mənbə: a haber
Asiman Vəliyeva