Suriyada Milli Təhlükəsizlik Şurası yaradılıb

Bölmə: Dünya › ,
Tarix: 16:16 13.03.2025

Dəməşq rəhbərliyi Milli Təhlükəsizlik Şurasının qurulduğunu açıqlayıb. Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezidentin təyin edəcəyi-2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq. 

 

Suriya Rəyasət Heyətindən verilən açıqlamaya görə, ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində prezidentin sədrliyi ilə fəaliyyət göstərəcək, təhlükəsizlik və siyasi siyasətlərin koordinasiyasına cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası yaradılıb. Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezidentin təyin edəcəyi - 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq. Prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandıqda görüşlər keçiriləcək.

 

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva