ABŞ-nin xüsusi nümayəndəsi Putinlə görüşüb

Tarix: 15:12 12.04.2025
Reuters-in ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff Sankt-Peterburqdakı Prezident Kitabxanasında Rusiya prezidenti Vladimir Putinlə əl sıxıb.
ABŞ nümayəndəsi Stiv Vitkoff cümə günü Sankt-Peterburqda Vladimir Putinlə görüşüb. Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukraynada atəşkəslə bağlı “hərəkət görməyə” çağırıb.
Kreml görüşün dörd saatdan çox davam etdiyini və "Ukrayna razılaşmasının aspektləri"nin müzakirə edildiyini bildirib. Vitkoffun bu il Putinlə üçüncüsü olan danışıqları xüsusi elçi Kirill Dmitriev “məhsuldar” adlandırıb.
Tramp Putinə danışıqların vəziyyəti ilə bağlı məyus olduğunu bildirib. O, cümə günü sosial mediada yazıb: "Rusiya hərəkətə keçməlidir. Dəhşətli və mənasız müharibədə hər həftə minlərlə insan ölür”. Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq ölkənin bölünə biləcəyi ilə bağlı iddiaları təkzib edib.
BBC News
Asiman Vəliyeva