Ukrayna ilə resurs müqaviləsi bu həftə imzalana bilər

Bölmə: Dünya › ,
Tarix: 11:01 16.04.2025

ABŞ və Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessant “Bloomberg”ə açıqlamasında bildirib.

 

“Biz prosesə çox yaxınıq. Hətta saziş bu həftə imzalana bilər”,- deyə o bildirib.

 

Qeyd edək ki, sözügedən ölkələr arasında resurs müqaviləsi Ukraynanın təbii sərvətlərinin işlənməsini nəzərdə tutur. Belə ki, Kiyevə təqdim edilən layihəyə Ukraynanın bütün resurs bazası, o cümlədən özəl mədən şirkətləri daxildir.