Yaş artdıqca insan psixologiyasında baş verən dəyişikliklər

Tarix: 14:55 25.04.2025
“İnsanın yaşı artdıqca, fizioloji dəyişikliklər baş verdikcə psixologiyası da dəyişir. İnsan həm emosional, həm maddi, həm də fiziki varlıqdır. Yaş artdıqca insan psixologiyası çərçivələnir, alternativlərdən imtina edir, həyatında prioritetləri rahat seçə bilir, prioritetlər onu müəyyən psixoloji üslub və tərzlə irəliləməyə vadar edir”.
Bu sözləri klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında deyib.
Müsahibimiz qeyd edib ki, insanların emosional varlıq olaraq oxşar cəhətləri olsa da, hər birimiz bir şəxsiyyətik:
“Ona görə də emosional vəziyyətimiz bir şəxs olaraq temperamentimizdən asılı olaraq dəyişir. Emosional vəziyyətimiz kəskin və tikanlıdırsa, kənar təsirlərə əks reaksiya verəcək, amma temperamentimiz emosionaldırsa, artıq burada vəziyyət dəyişir. İnsan beyninin sağ yarımkürəsi onun emosional vəziyyətini tənzimləyən hissəsidir”.
Müsahibimizin sözlərinə görə, əksər hallarda yaşımız artıqca emosiolarımızı görməzdən gəlməyə üstünlük verir, fizioloji olaraq psixosomatik xəstəliklərə meyillənirik:
“İnsanın sosial varlıq olub-olmaması ailədən başlayır. İnsan həyatı boyu o bazadan yola çıxır və tərzini davam etdirir, ona görə də ömrünün müəyyən mərhələlərində uşaqlıqda aldığı istiqamət yenə də davam edəcəkdir”.
Nərmin Həşimova