İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

Bölmə: Siyasət › ,
Tarix: 10:55 27.04.2025

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, təbrik mətnində qeyd olunub:

 

“Hörmətli cənab Prezidenti,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.