"ABŞ Ukrayna müharibəsinin uzanmasını istəmir" -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:57 25.04.2025

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb.
Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

 

 

Mövzu ilə bağlı politoloq Fərhad Mehdiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın bu çağırışına Rusiya heç bir cavab verməyəcək:


"Çünki Rusiyanın irəli sürülən müəyyən şərtləri var. Bu şərtlərin heç birində Ukrayna tərəfinin müzakirə etmək niyyətində olmadığı irəli sürülür. Ən azından bəlkə Krımın Rusiyaya verilməsində Ukrayna razı olsaydı, hər hansı bir müzakirənin gedə biləcəyini real olaraq indiki şəraitdə təsəvvür etmək olardı. Hazırda Rusiyanın sülh müqaviləsinə, atəşkəsə məcbur edəcək bircə məqam, müharibənin Ukrayna xeyrinə çevirilməsi var. Bunun üçün də Ukraynadan verilən silahlardan daha çox silah verilməsi tələb olunur. Ukrayna ən azı indiki mövqelərini qorumalıdır. Ona olan dəstək davam etməlidir".

 

Politoloq qeyd edib ki, Ukrayna hazırda öz hərbi sənayesini qurmağa çalışır:

 

"Əslində qurur və müəyyən silahları istehsal edə bilir. Bu dəstək davam etməlidir ki, Ukrayna öz hərbi istehsalını artıra, müharibədə müsbət xeyri öz tərəfinə dəyişdirə bilsin. Bu olmadığı müddətcə Rusiya heç vaxt atəşkəsə getməyəcək.
ABŞ niyə müharibənin bitməsini istəmir? Hazırda Rusiya-Ukrayna müharibəsində ən çox qazanan dövlət Çindir. Amerikanı bu məqam narahat edir. Həm Avropanın, həm də Amerikanın Ukraynanın silah almasına ciddi maliyyəsi gedir. Onlar bu maliyyəni başqa yerə göndərə bilərdilər. Avropa dövlətləri hərbi büdcələrini artırmağa məcbur qalırlar. Bunu iqtisadi inkişaf üçün tətbiq edə bilərdilər. Ona görə Amerikanı o problem də götürüb ki, müharibə çox uzanmasın. Çünki, müharibənin uzanması, Rusiyanın qərbdən sanksiyalarda qalması, Çinin Rusiyada güclənməsi, Rusiyaya qoyulan sanksiyalar üzündən Çinin daha sərfəli şəkildə ondan daha ucuz qiymətə xammalı ala bilməsi, Amerikanı narahat edir. Amerika Çinə görə bu müharibəni dayandırmaq istəyir. Çin dominantlığını getdikcə artırır. Bu müharibə səbəbilə biraz daha artırmağa başladı".



Nuray Əliyeva