Qohum evliliyinin zərərləri

Tarix: 20:45 29.04.2025
Qohum evliliyi tarixin müxtəlif dövrlərində və bir çox xalqların mədəniyyətində mövcud olmuş bir fenomendir. Əsrlər boyu ailələr arasında əlaqələri gücləndirmək, iqtisadi və sosial birliyi qorumaq məqsədilə qohumlar arasında qurulan evliliklər müəyyən dövrlərdə təbii və normal qarşılanıb. Lakin elmin inkişafı və tibbi biliklərin artması ilə qohum evliliyinin insan sağlamlığına və genetik xəstəliklərin yayılmasına təsiri barədə narahatlıqlar ortaya çıxıb.
Ginekoloq Əliyeva Yeganə "İnformator.az"a açıqlamasında bildirib ki, təəssüf ki, hələdə Azərbaycanda qohum evliliyi davam edir:
"Bunun üzərində nə qədər maarifləndirmə işi aparılsa da, yenə də ailələr qohum evliliyini istəyirlər. Buna baxmayaraq qohum evliliyinə son qoyulmalıdır. Bu evliliyin nəticəsində hamiləlik baş verərsə bu zaman bəzi problemlər yaranır. Çox vaxt qohum evliliyindən doğulan uşaqlarda genetik xəstəliklər olur. Amma buna baxmayaraq bu proses Azərbaycanda davam edir. Məsələn, Yaponiyada "Müqəddəs Ana" klinikasında professor öz açıqlamasında bildirib ki, bizdə qohum evliliyi olmadığı üçün uşaqlar nevroloji problemlərlə dünyaya göz açmır".
Fatimə Heydərova