"Liverpul"un yay transfer dönəmində əsas hədəfi açıqlanıb

Bölmə: İdman › ,
Tarix: 10:20 30.04.2025

İngiltərənin "Liverpul" klubunun yay transfer dönəmində əsas hədəfi bəlli olub.

 

"İnformator.az"  “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Nyukasl"da çıxış edən Aleksander İsakı heyətinə qatmaq istəyir.

 

Qarşı tərəf isveçli forvardın keçidindən 120 milyon funt-sterlinq (təxminən 144 milyon avro) qazanmaq niyyətindədir.

 

Qeyd edək ki, A.İsak cari mövsüm bütün turnirlərdə "Nyukasl"ın forması ilə 39 oyuna çıxıb, 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.