Baykar və Leonardonun razılaşması qarşılıqlı təslim edildi

Tarix: 13:45 30.04.2025
Qlobal İHA bazarının lideri Baykar ilə dünyanın ən böyük müdafiə şirkətlərindən biri olan Leonardo arasında imzalanan strateji əməkdaşlıq müqaviləsi Romada keçirilən 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısı çərçivəsində təşkil edilən mərasimlə bir-birinə təhvil verilib.
Baykarın verdiyi açıqlamaya görə, Villa Pamphili Residence-da təşkil edilən mərasim prezident Rəcəb Tayyib Ərdoğan və İtaliyanın baş naziri Giorgia Melonun iştirakı ilə keçirilib. Mərasimdə iki şirkətin yüksək texnologiya imkanlarını birləşdirmək məqsədi daşıyan 6 mart 2025-ci ildə Romada imzalanan anlaşma memorandumu ilə bağlı müqavilə sənədləri Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və Leonardo Baş İcraçı Direktoru və baş menecer Roberto Cingolani təhvil verib.
Keçən ay imzalanan və bu gün təqdim edilən müqavilə, Baykarın pilotsuz platformalar və süni intellekt texnologiyalarında üstünlüyü, Leonardonun missiya sistemləri, faydalı yük dizaynı və Avropa aviasiya sertifikatları sahəsindəki təcrübəsi ilə sübut edilmiş əməliyyat uğurunu bir araya gətirir. Qurulacaq birgə müəssisə Avropa İHA bazarındakı imkanları qiymətləndirəcək Baykar və Leonardonun quracağı ortaq müəssisə Avropa pilotsuz uçuş aparatları bazarındakı imkanları qiymətləndirməyi hədəfləyir.
İki şirkət arasında strateji əməkdaşlıq pilotsuz uçuş aparatları, elektron sistemlər, faydalı yüklər, C4I (komanda, idarəetmə, rabitə, kompüterlər və kəşfiyyat), süni intellekt və inteqrasiya olunmuş missiya sistemləri kimi sahələri əhatə edir. Baykar və Leonardo, çoxdomenli ekosistemlərin harmoniya içində işləməsini təmin edərək, Avropa və beynəlxalq bazarlarda güclü bir mövqe tutmağı hədəfləyirlər. Birgə müəssisənin İtaliyada Ronchi dei Legionari, Turin, Roma Tiburtina və Nerviano ərazilərində fəaliyyət göstərməsi planlaşdırılır.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova