WhatsApp-a süni intellekt reaksiyası

Bölmə: Dünya › ,
Tarix: 18:41 30.04.2025

Metanın hazırladığı yeni yeniləmədə istifadəçilərin tətbiq daxilində deaktiv edə bilmədiyi bir süni intellekt söhbət robotu istifadəyə verilib. Bu vəziyyət bir çox istifadəçini narahat edib, bəziləri isə WhatsApp-ı tamamilə silməyi üstün tutub.

 

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən olan WhatsApp, yeni süni intellekt funksiyası səbəbilə istifadəçilərin tənqidinə məruz qalır. WhatsApp dünya üzrə 2 milyarddan çox istifadəçiyə malikdir. Lakin son dövrlərdə tətbiqə əlavə olunan Meta AI adlı söhbət robotu bir çox ölkədə etirazla qarşılanır. İstifadəçilər bu4y xüsusiyyətin tətbiqin əsas funksiyası olan şəxsi mesajlaşma məqsədindən uzaqlaşdığını iddia edirlər. Yeni funksiya, ekranın yuxarı hissəsinə yerləşdirilən bir süni intellekt axtarış paneli və söhbət başlat düyməsi ilə diqqət çəkir. İstifadəçilər bu sistemi istifadə etməyə məcbur olmasalar da, tamamilə söndürmək seçimi mövcud deyil. Meta istifadəçiləri süni intellekt söhbət robotu ilə paylaşacaqları məzmunlar mövzusunda xəbərdar edir. Şirkət həssas məlumatların paylaşılmaması lazım olduğunu bildirir və bu məlumatların əməkdaş şirkətlərlə paylaşılacağını da qəbul edir. Meta-nın əməkdaşları arasında Google və Microsoft kimi texnologiya nəhəngləri var. The Wall Street Journalın ortaya atdığı başqa bir iddia isə daha böyük narahatlıq yaradıb. Xəbərə görə, süni intellekt robotu gənc istifadəçilərlə uyğun olmayan məzmunlu ssenarilərə girə bilir. Daxili yazışmalarda, Meta işçilərinin bu mövzuda müxtəlif pozuntular aşkar etdiyi və sistemin qaydaları asanlıqla poza bildiyi qeyd olunub. Şirkət isə bu istifadə formalarının “nadir hallar” olduğunu iddia edərək yeni tədbirlər görüldüyünü açıqlayıb. WhatsApp-dan ayrılan istifadəçilərin səbəbləri yalnız məxfilik narahatlığı ilə məhdudlaşmır. Çox sayda istifadəçi tətbiqdəki qrup söhbətlərinin və davamlı bildirişlərin həyat keyfiyyətlərini mənfi təsir etdiyini bildirir. Aparılan bir araşdırmada bir şəxsin gündə ortalama 38 mesaj göndərdiyi və 107 mesaj aldığı müəyyən edilib. Bəzi istifadəçilər isə WhatsApp-ı tərk etməyin daha sadə bir rəqəmsal həyat demək olduğunu iddia edir. Tətbiqin asan ünsiyyət vəd etməklə yanaşı, rəqəmsal yüklənmə və diqqət dağınıqlığı yaratdığı bildirilir. Meta CEO-su Mark Zuckerberg WhatsApp ilə yanaşı, şirkətin digər platformalarında da süni intellekt tətbiqlərini yaymağı hədəfləyir. Lakin istifadəçilərin bu inkişaflara necə cavab verəcəyi WhatsApp-ın gələcəyi baxımından həlledici olacaq kimi görünür.


TRT HABER

Billurə Quliyeva