“Bədii gimnastika üzrə Avropa kuboku” keçiriləcək

Tarix: 21:56 30.04.2025
1–4 may tarixlərində paytaxtımızda, Milli Gimnastika Arenasında qitənin ən bacarıqlı bədii gimnastları «Bədii gimnastika üzrə Avropa kuboku» uğrunda mübarizə aparmaq üçün bir araya gələcəklər.
Zəriflik, çeviklik və yüksək ustalıq nümayiş etdirəcək bu gimnastlar fərdi və qrup hərəkətləri proqramları üzrə performanslarını sərgiləyəcəklər. Onlar çarpaz qarşılaşmalarla tamaşaçılara yenidən həyəcanlı anlar yaşadacaqlar.
Bu maraqlı mübarizədə könüllülər də müəyyən saatlarda dəstək göstərmək üçün tamaşaçı kimi iştirak edə biləcəklər.
Nigar Həsənzadə