“Çin çox pis zərbə alır”

Tarix: 20:58 30.04.2025
ABŞ prezidenti Donald Tramp: "Hansısa məqamda Çinlə razılaşmaya ümidimiz var. Çin bizimlə ədalətli davranmalıdır. Çinə çox ağır zərbələr vurulur, ümid edirəm ki, razılaşa bilərik".
Tramp Nazirlər Kabinetinin iclasında Bayden administrasiyasını sərt şəkildə tənqid edib. Tramp bəyan edib ki, bütün dünya ABŞ-ni aldadıb, lakin onlar buna son qoyublar.
Digər tərəfdən, Çinlə ticarət müharibəsi ilə bağlı mühüm məqamlara toxunan Tramp:
"Çin bizə ədalətli davranmalıdır, onlara çox ağır zərbələr vurulur, vəziyyətləri çox pisdir, inşallah razılaşa bilərik" , - dedi.
Trampın açıqladığı tariflər çərçivəsində ABŞ Çinə tətbiq edilən gömrük rüsumlarını 125 faizə qədər artırıb və digər ölkələrə tətbiq edilən gömrük rüsumlarını 90 gün müddətinə dayandırıb. Çin tariflərdən geri çəkilməyəcəyini açıq şəkildə bildirdi. Tramp cavab olaraq Çinə tətbiq edilən tarifləri 125 faizdən 145 faizə qaldırıb.
Mənbə:CNN Türk
Əminə Əliyeva