Qətər və Səudiyyə Ərəbistanı əməkdaşlıq danışıqları aparır

Bölmə: Dünya › ,
Tarix: 21:00 30.04.2025

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Dohada keçirilən görüşdə görüşüblər. Görüşdə Qətər və Səudiyyə Ərəbistanı arasında qardaşlıq münasibətlərinə nəzər salınıb, beynəlxalq əməkdaşlığın artırılması müzakirə olunub.

 

Səudiyyə Ərəbistanı və Qətər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsini və əlaqələrin daha geniş üfüqlərə çıxarılmasını müzakirə ediblər. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Qətərin paytaxtı Dohada Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taninin və Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhanın sədrliyi ilə görüş keçirilib.

 

Görüşün əvvəlində nazirlər iki ölkə arasında möhkəm qardaşlıq münasibətlərinə nəzər salıb, Səudiyyə Ərəbistanı-Qətər Koordinasiya Şurasının fəaliyyəti çərçivəsində bu əlaqələrin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli səviyyədə inkişaf etdirilməsi mexanizmlərini müzakirə ediblər.

 

Mənbə: A Haber 

Səyyarə Mirzəyeva