Almaniyada limanda partlayış olub

Tarix: 18:20 01.05.2025
Almaniyanın şimalındakı Timmendorfer Strandda, liman ərazisində güclü partlayış baş verib. “İnformator.az” xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” (HM) məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış nəticəsində xəsarət alanlar var. Hazırda hadisə yerində polis, yanğınsöndürmə və xilasetmə xidmətləri işləyir.