"Bütün Avropa Rusiyaya qarşı müharibə aparır"-Lavrov

Tarix: 18:38 06.05.2025
"Demək olar ki, bütün Avropa bir daha “nasist bayraqları altında” birləşərək Rusiyaya qarşı müharibə aparır", bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin binasında yerləşən xatirə lövhələri qarşısında keçirilən əklilqoyma mərasimində deyib.
“İndi onlar nasizm bayrağı altında – sözün əsl mənasında – bizə qarşı birləşiblər. Onlar Vladimir Zelenskinin açıq-aşkar irqçi və anti-Rusiya rejimini dəstəkləyirlər. Həmin rejim məşəl yürüşləri keçirir, əynində nasist diviziyalarının nişanları olan döyüşçüləri ‘ət maşınına’ atır. ‘Ağlasığmaz Əməliyyat’ çərçivəsində olduğu kimi, bizi döyüş meydanında 'strateji məğlubiyyət' ilə hədələyirlər", – deyə Lavrov bildirib. Onun sözlərinə görə, yalnız İkinci Dünya Müharibəsinin qəhrəmanlarının xatirəsini qorumaq deyil, həm də həmin dövrlərin diplomatik təcrübəsini və dərslərini unutmamaq vacibdir. Bu dərslər xüsusilə indiki vəziyyətdə – demək olar ki, bütün Avropa yenidən silahlanıb və nasist bayraqları altında bizə qarşı müharibə apardığı bir zamanda – əvəzsizdir", – deyə Lavrov əlavə edib.
Anadolu Agentliyi
Billurə Quliyeva