Fridrix Mers Almaniyanın yeni kansleri oldu

Bölmə: Dünya › ,
Tarix: 19:19 06.05.2025

Almaniyada Xristian Demokrat Birlik (CDU) Partiyasının sədri Fridrix Mers Federal Məclisdə keçirilən ikinci tur səsvermədə kansler seçildi.

 

 

Federal Məclisin sədri Yuliya Klöknerin rəhbərliyi ilə keçirilən ümumi iclasda gizli səsvermə yolu ilə keçirilən ikinci turda Mers 618 deputatdan 325-nin səsini qazandı. Səsvermədə 289 deputat əleyhinə səs verdi, 1 deputat bitərəf qaldı, 3 səs isə etibarsız sayıldı. Beləliklə, Mers İkinci Dünya Müharibəsindən sonra Almaniyanın 10-cu kansleri oldu.


Mers bu gün keçirilən ilk turda 310 deputatın dəstəyini qazansa da, kansler seçilməsi üçün tələb olunan 316 səsə çata bilməyib. Mersin həyat yoldaşı Şarlotta Mers və qızları Konstanz və Karola səsverməni tribunadan izlədilər. Sabiq kansler Angela Merkel ilk tur səsverməsində tribunada olsa da, ikinci turda iştirak etmədi.

 

 


Mənbə: TRT HABER
Nuray Əliyeva