Aİ Rusiyadan qaz idxalını dayandıracaq

Bölmə: Dünya › ,
Tarix: 19:27 06.05.2025

Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmağa hazırlaşır.

 

Aİ Komissiyası Rusiyadan enerji idxalının mərhələli şəkildə dayandırılmasına dair hazırladığı yol xəritəsini yayımlayıb. Sənədə əsasən, Aİ Rusiyadan təbii qaz və neft idxalını dayandıracaq. Rusiya mənşəli nüvə enerjisindən də mərhələli şəkildə imtina ediləcək. Beləliklə, Aİ-nin Rusiya enerjisinə olan asılılığına son qoyulacaq.

Aİ enerji tədarükünü təhlükəsiz şəkildə təmin etmək üçün tədbirlər görəcək. Komissiya Rusiyadan enerji idxalının mərhələli və koordinasiyalı şəkildə dayandırılması üçün üzv ölkələrlə birlikdə çalışacaq. Üzv dövlətlər bu ilin sonuna qədər Rusiyadan qaz, nüvə enerjisi və neft idxalını mərhələli şəkildə bitirməyə dair milli planlar hazırlayacaqlar. Aİ bazarlarında Rus qazının şəffaflığı, izlənməsi və izlənə bilərliyi yaxşılaşdırılacaq. Aİ Komissiyası 2027-ci ilin sonuna qədər qalan bütün Rus qazı idxalını dayandırmaq üçün qanun layihəsi təqdim edəcək.

 

 


Mənbə: TRT HABER
Nuray Əliyeva