Hərbi jurnalistika -İnformasiyanın ön cəbhəsi

Tarix: 21:00 14.05.2025
Hərbi jurnalistika ordu, müharibə və təhlükəsizlik mövzularını işıqlandıran jurnalistika sahəsidir.
Mövzu ilə bağlı hərbi jurnalist Heydər Mirzə "İnformator.az"a açıqlamasında bildirib ki, hərbi jurnalistlər davranış qaydalarıma tək təhlükəli vəziyyətdə deyil, ümumiyyətlə hər hansı bir hadisənin baş verdiyi yerdə təhlükə müşahidə olunmursa, yenə də müəyyən qaydalar tabe olmalıdırlar. Çünki tabe olunmadığı halda təhlükə yarana bilər:
"Belə deyə bilərik ki, bu qaydaların hamısı qanla, yaralanlar, həyatını itirənlər və s. peşəkar və ya peşəkar olmayan insanların taleləri ilə yazılıb. Əsasən birinci qayda odur ki, hərbi jurnalistlər, çəkiliş qrupunun üzvləri özbaşına, öncədən deyilmədən hərəkət etməməlidirlər. Yəni ilk qayda, qaydalara riayət etməkdir. İkincisi hər bir jurnalist, çəkiliş qrupunun üzvü anlamalıdır ki:
1.O, hərbiçi deyil. 2.Hadisənin taleyini o həll etmir.
3.Nə birinci, nə də ikinci onun işinə aiddir.
Bu 3 bənd çox vacibdir. Ona görə ki, yəni hərbi jurnalistin məqsədi pr deyil, özünü vətənpərvər, qorxmaz, igid göstərmək deyil. Konkret işi ondan ibarətdir ki, hadisələri işıqlandırmaq, kadrların toplanması, məlumatların əldə olunması və s.-dir. Bütün qaydalar bu bütün çəkiliş qrupunun təhlükəsizliyinin və səhhətinin qorunması, avadanlıqları zərər dəyməkdən qorumaq üçündür. Yaxşı haldır ki, 2020-ci ildən sonra bizim hərbi müxbirlərimiz, çəkiliş qrupu, hətta sürücülər Azərbaycanda və xaricdə sertifkatlaşdırılmış, peşəkar treninqlərdə iştirak edirlər. Misal üçün, Medianın İnkişafı Agentliyi ADA ilə birgə Al Jazeera televiziya şəbəkəsinin Azərbaycanda treninqini keçiblər. Bu bir qaydadır ki, hərbi jurnalist odlu silaha əl vurmamalıdır, silahla şəkil çəkməməlidir. Bu hala Azərbaycan jurnalistlərində də rast gəlinir. Çünki bu Beynəlxalq Hüquq Normalarına uyğun deyil. Çünki əlində silah olduğu halda onun jurnalist və ya hərbiçi olmağı önəmli deyil, o artıq təhlükə mənbəyidir. Belə halda jurnalistə atəş açıldıqda onun şikayət etməyə haqqı yoxdur. Problem odur ki, sonradan qarşı tərəf onu informasiya müharibəsində istifadə edərək bildirəcək ki, düşmən tərəfin jurnalistləri mövqelərdə əllərində silahla gəzirlər. Bu da həmin ölkənin bütün jurnalistləri haqqında mənfi fikirlər formalaşdırır. Hərbi jurnalistikaya gətirən yollar müxtəlifdir. Ümumən jurnalistlərdən tələb olunan bütün xüsusiyyətlər hərbi jurnalistikada da tələb olunur. Ondan əlavə, müəyyən psixoloji, fiziki hazırlıq, müəyyən yaş həddi də(çox yaşlı şəxslərin bu sahədə çalışması çətindir) nəzərə alınmalıdır. Hərbi jurnalistikaı 2 yerə ayırmaq olar: sülh vəziyyətində və münaqişə şəraitində. Bu sahələrdə də işləməyə görə fiziki, psixoloji hazırlıq, yaş həddi fərqli ola bilər. Bu sahədə əsas çətinlik materialın marağını saxlamaq, eyni zamanda hərbi, siyasi sirri qorumaqdır. Mən deyərdim ki, başlanğıcda istənilən jurnalist ilk bir-iki il dövründə ən birinci öyrənməli olduğu şey hərbi sirrin necə saxlanılması və qorunmasıdır. Texiniki çətinliklər daha çox olur. Çünki hərbi jurnalistl heç vaxt rahat şəraitdə material toplamır, materialı montaj etmir və rahat şəraitdə materialı göndərmir. Çox vaxt redaksiya ilə münaqişə bölgəsində olan hərbi jurnalist arasında anlaşılmazlıq olur. Çünki redaksiya materialı tez, dərhal tələb edir. Amma hərbi jurnalistin real döyüş şəraitində üzləşdiyi amillər tam fərqli olur. Redaktor kompüterin qarşısında oturaraq onu təsəvür edə bilməz".
Billurə Quliyeva