Azərbaycanın xarici ticarət dövriyyəsi 24 % artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:07 19.05.2025

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

 

"İnformator.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur.

 

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.


Son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.