ABŞ və AB İsrailə qarşı tədbir görür: Sazişə yenidən baxılır

Tarix: 08:46 21.05.2025
Avropa Birliyi Qəzzada baş verən müharibə ilə əlaqədar İsraillə ticarət assosiasiyası haqqında sazişə yenidən baxılması barədə qərar qəbul edib. Bundan əlavə, bəzi AB ölkələri İsrailə təzyiqləri artırıb.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.
Qeyd olunur ki, İrlandiya və İspaniya liderləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə İsraillə ticarət assosiasiyası sazişinə yenidən baxmaq çağırışını təxminən 15 ay əvvəl ediblər. Qəzza zolağında humanitar böhranın daha da dərinləşməsi fonunda ötən gün AB ölkələrinin xarici işlər nazirləri həmin sazişi müzakirə ediblər.