İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

Bölmə: Dünya › ,
Tarix: 15:26 21.05.2025

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiqləyib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.

 

Qanun layihəsi 201 səsvermədən 191 lehinə, 8 əleyhinə və 2 bitərəf olmaqla qəbul edilib.


Qeyd edək ki, hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də imzalanıb.
Saziş 16 apreldə Rusiya Dövlət Duması vasitəsilə ratifikasiya edilib.