Rusiyadan Ukraynanın hərbi təlim mərkəzinə raket hücumu

Tarix: 15:04 21.05.2025
Rusiya, Ukraynanın hərbi təlim mərkəzinə “İskəndər” qısa mənzilli ballistik raket sistemi ilə hücum edib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada “70 hərbçi zərərsizləşdirildi, sursat anbarı və 10 hərbi texnika məhv edildi” ifadələri yer alıb.
Nazirliyin açıqlamasında, Sumı vilayətinin Şostka yaşayış məntəqəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus 1-ci Xüsusi Təyinatlı Briqadanın təlim mərkəzinin aşkar edildiyi bildirilib.
Açıqlamada deyilir: “Əldə edilən koordinatlar əsasında ‘İskəndər’ qısa mənzilli ballistik raket sistemi ilə hücum həyata keçirildi. Hücum nəticəsində 20 təlimçi daxil olmaqla təxminən 70 hərbçi zərərsizləşdirildi, sursat anbarı və 10 ədəd hərbi texnika məhv edildi.”
Mənbə: A Haber
Solmaz Muradova