“Brent” markalı neftin qiyməti 65 dollar barel üzərində qalır

Tarix: 19:58 21.05.2025
Beynəlxalq bazarlarda yenidən 65 dolları yuxarı saxlayan Brent markalı neftin bir barelinin qiyməti 65,63 dollara satılıb.
Qiymət artımında ABŞ və İran arasında nüvə danışıqlarının pozulacağı ilə bağlı narahatlıqlar təsirli olub. Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 65,53 dollara satılır. Ötən gün 65,43 dollara qədər bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 65,11 dollarla bağlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:27-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,6 faiz artaraq 65,53 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 62,60 dollara alınıb. Qiymətlərin qismən artmasına ABŞ və İran arasında davam edən nüvə danışıqlarının pozulması ilə bağlı narahatlıqlar təsir edib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı