Tramp: ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi

Tarix: 23:35 21.05.2025
Onun sözlərinə görə, ABŞ Ukraynada müharibənin nizamlanmasında irəliləyiş olmasa, öz rolunu Avropaya ötürəcək:
“Avropada yaranan vəziyyət orada qalmalı idi, lakin biz müdaxilə etdik, çünki əvvəlki administrasiya bizim bu işə qarışmalı olduğumuzu hiss edib. Nəticədə ABŞ məsələyə Avropadan daha çox cəlb edilib”.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a müsahibəsində bildirib ki, Trampın bu cür deməsi məncə təəccüblü deyil. Çünki iki amil var, həm daxili auditoriya üçün də xarici auditoriya üçün istifadə edilən cümlələrdir, həm özündən əvvəlki administrasiyanı günahlandırır, yəni partiyanı günahlandırıb müdaxilə eləyib və Amerikanın başına bir çox problemlər gəlib:
“ Daxili auditoriya üçün özünü daha yaxşı spesifik, funksional bir lider kimi göstərməyə çalışır. Amerika üçün ən doğru addım qarışmamasıdır. ABŞ ilk vaxtlardan təhrikedici funksiya yerinə yetirib və Avropa məsələyə Amerikadan daha çox müdaxilə eləsə, təbii ki, prosesdə başqa formatda cəm eləyəcək Amerikanın bu istiqamətdə başqa proseslərə artıq Amerika, Rusiya, Ukrayna münaqişəsində deyil, başqa yeni strateji mövqelərə yönələr,- deyə düşünürəm. Çünki Amerika üçün də Ukrayna münaqişəsi çox əhəmiyyət daşımır. Amerikanın geri çəkilməsi Rusiyanın əleyhinə təsir edir, çünki Tramp zelenskiyə təzyiq edib. Amma Avropa bu təzyiqi edəsi deyil. Çünki daha da dəstək göstərib. Bu da Rusiyanın mövqeyini ciddiləşdirib. Yəni Tramp, Putinlə daha avantajlı idi və nəinki Avropa, artıq əgər elə bir proses olsa, Avropa hərbi müdaxilə edəcək”.
Asiman Vəliyeva