Ukrayna Rusiya ilə danışıqlar qrupu yaradacaq

Tarix: 10:29 22.05.2025
Volodimir Zelenski Ukrayna böhranın həlli üzrə Rusiya ilə danışıqlar aparmaq üçün daimi nümayəndə heyəti formalaşdıracaq.
Mövzu ilə “İnformator.az” politoloq Elşad Mirbəşiroğlu bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün daimi nümayəndə heyətinin formalaşdırılması ideyası ilə çıxış edib:
“Ümumiyyətlə, 2022-ci ildən sonra ilk dəfə olaraq İstanbulda may 16-da Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçirildi. Sözsüz ki, həm Rusiya tərəfi, həm də Ukrayna tərəfi
mövqelərini dəstəklədilər ki, bundan sonra da görüşləri davam etdirmək istədilər. Bildiyimiz kimi, Rusiyanın sülh imzalamaq üçün şərtləri var. Bu şərtlər başlanğıcdan dəyişməz olaraq qalmaqdadır. Yəni Ukrayna neytrallığını qorusun. Heç bir hərbi bloka, yəni NATO üzv olmasın. Qərb ölkələri Ukraynaya hərbi dəstəyini dayandırsın və s. kimi şərtlər var. Ukrayna tərəfi isə bu şərtləri qəbuledilməz, qəbulolunmaz hesab edir. Yəni tərəflərin mövqeləri bir birindən kardinal şəkildə fərqlənir. Amerika Birləşmiş Ştatları proseslərdə də həlledici rol oynamaqdadır. Və görünən reallıq ondan ibarətdir ki, ABŞ Rusiyaya qarşı, Co Bayden administrasiyası vaxtındakı mövqe sərgiləmək niyyətindən çox uzaqdır. Bildiyimiz kimi, Putinlə Tramp arasında sayca üçüncü telefon danışığı baş tutub və bu telefon danışığından öncə Tramp Zelenski ilə danışmışdı. Sonra Putinlə telefon danışığından sonra yenə Zelenski və Avropa liderləri ilə danışdı və bu telefon danışığı iki saata qədər davam etdi. Tərəflər telefon danışığını yaxşı kimi qiymətləndirdilər. Reallıq ondan ibarətdir ki, Zelenskinin və Avropa ölkələrinin gözləntilərinin əksinə olaraq, Tramp Rusiyaya qarşı sərt davranmaq niyyətində deyil. Vladimir Putinlə telefon danışığından öncə də Avropa liderləri ilə, yəni Almaniyanın federal kansler, Fransanın prezidenti Makron,Böyük Britaniyanın baş naziri Starmer Ukraynanın həmçinin prezidenti Zelenski arasında telefon danışığı olub. Onların əsas istəyi ondan ibarət idi ki, Tramp Rusiyaya qarşı sərt davransın və atəşkəsə nail olsun. Lakin telefon danışığının nəticələrindən biz görürük ki, ABŞ Avropanın gözləntilərinə uyğun addım atmayacaq, əksinə, Trampın önə çəkdiyi məsələ Rusiya ilə ABŞ arasında gələcək ticari iqtisadi əlaqələrin qurulmasıdır. Tramp qeyd edib ki, Rusiyanın çox böyük resursları yeni iş yerləri yaratmaq üçün potensialı mövcuddur. Yəni bu, Amerika Birləşmiş Ştatları üçün faydalı ola bilər. Ona görə də hesab edirəm ki, Ukrayna məsələsi Amerika Birləşmiş Ştatları üçün prioritet deyil”.
Həmçinin politoloq şərhində qeyd edib ki, Amerika Birləşmiş Ştatları üçün bu gün vacib məsələ Trampın özünün də qeyd etdiyi kimi, böyük resurslara sahib olan Rusiya ilə əməkdaşlıq etməkdir:
“Belə olan halda Zelenskinin daimi nümayəndə yaratmaq niyyətini sərgiləməsi ondan xəbər verir ki, Ukrayna bütün hallarda Rusiyanın qəbul olunmaz kimi hesab etdiyi şərtlərin də mövcudluğu fonunda danışıqları davam etdirəcəkdir və bu, həm də onun göstəricisidir ki, Ukraynada təlimatları keçərlidir. ABŞ-nin də dəstəyi ondan ibarətdir ki, sülh imzalansın. Lakin bu zaman Amerika Birləşmiş Ştatları Rusiyanın irəli sürdüyü şərtlərə qarşı getdiyini də göstərmir. Yəni belə çıxır ki, Vladimir Putinin lap başlanğıcdan səsləndirdiyi mövqeni qəbul etmək niyyətində deyil. Zelenski də qeyri -ixtiyari olaraq ABŞ-nin təlimatlarına uyğun davranmaq məcburiyyətində qalacaq. Yəni burada Zelenski ciddi söz sahibi deyil. Avropa liderləri isə proseslərə təsir göstərmək iqtidarında deyil”.
Son olaraq şərhçi bildirib ki, Zelenski isadəcə olaraq bu vəziyyətlər də maksimum simasını qorumağa çalışacaqdır:
“Düşünürəm ki, proseslər elə Vladimir Putin və Donald Trampın bu günkü sərgilədiyi mövqeyə uyğun cərəyan edəcəkdir və Vladimir Putin vurğuladı ki, sülh müqaviləsi haqqında memorandum üzərində işləməyə hazırdırlar. Bu memorandum həmçinin də atəşkəs üçün nəzərdə tuta bilər. Rusiya atəşkəs rejiminə hələ getməyəcəyini də nümayiş etdirmiş olur. Ukrayna isə nəyin bahasına olursa olsun, bu gün atəşkəsə nail olmaq istəyir. Buradan o nəticə meydana çıxır ki, Ukraynada böyük itkilərə. Avropada əvvəlki kimi Ukraynanı hərbi texniki cəhətdən dəstəkləyə bilmir və bu baxımdan da bu günləri Rusiyanın qarşısında nə Ukrayna, nə də kollektiv Avropa tab gətirə bilmir. Belə olan halda Trampdan xahiş edirlər ki, atəşkəsə nail olsun”.
Aysel Mirzəyeva