Azərbaycan XİN İsrailə başsağlığı verib

Bölmə: Siyasət › ,
Tarix: 10:35 22.05.2025

Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.

 

"Biz qorxu və parçalanma səpmək istəyən bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik", - paylaşımda qeyd edilib.

 

Qeyd edək ki, ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.