Ermənilərlə sülh və birgə yaşayış yanaşmaları

Tarix: 16:48 22.05.2025
İllərdir davam edən Dağlıq Qarabağ münaqişəsi dövlətlərin və hər iki xalqın münasibətinə ciddi təsir göstərib. Azərbaycan xalqının ermənilərlə birgə yaşama məsələsi ictimaiyyəti maraqlandıran əsas mövzulardandır və ictimai rəyin formalaşmasında vacibdir. Zamanla azərbaycanlıların ermənilərlə birgə yaşaması prosesi mürəkləbləşməyə və müzakirələrin yaranmasına gətirib çıxarıb. Formalaşan ictimai rəylər əvvəlki və indiki dövrdə fərqlənib.
Bu barədə “informator.az”a danışan Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əliyev deyib ki, zaman keçdikcə Azərbaycan xalqı ermənilərlə birgə yaşayış məsələsində prinsipcə yarı-yarıya münasibətlə baxır:
“Ümumiyyətlə, birgə yaşayışla bağlı məsələ Vətən müharibəsindən sonra geniş tədqiq olundu və 2023-cü il 23 saatlıq antiterror əməliyyatlar dönəminə qədər də bu proses davam etdi. Biz hətta 5 dekabr 2022-ci ildə və 2021-ci ildə də daxil olmaq şərtilə sosioloji sorğu keçirdik. Çünki o dönəmlərdə Qarabağda ermənilər yaşayırdı və bütövlükdə birgə yaşayışla bağlı məsələlər qoyulmuşdu. İştirakçıların 55%-i Qarabağda ermənilərlə birgə yaşayışı dəstəkləmirdi, 37%-i müəyyən şərtlər daxilində mümkün rəqəm işlətmişdi və 2022-ci il sentyabr ayında keçirilən sorğu ilə müqayisədə Qarabağda ermənilərlə birgə yaşayışa respondentlərin 68%-i heç bir halda mümkün hesab etməmişdi”.
Ekspertin sözlərinə görə, indiki vəziyyətdə birgə yaşayışa 50/50 münasibət mövcuddur:
“Ermənistanın sülh bağlama məsələsində 70 -80%-dən artıq müsbət yanaşmalar var. Bu ona bağlıdır ki, biz tutaq ki, 2022-ci ilsə Azərbaycanda keçirdiyimiz sorğuda 73%-i Ermənistanla sülh müqaviləsinin imzalanmasına dəstək cavabı almışdı. Hələ onda Qarabağda separatçılar qalmışdı. İndi əminəm ki, müəyyən mesajlar da var. Biz bunu keçirsək, ən azından 90%-dən yuxarı dəstək əldə edəcəyik”.
Rafael Məcidov