Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Bölmə: Siyasət › ,
Tarix: 19:48 22.05.2025

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

 

O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.

 

Hazırlıqlar Konya şəhərində baş tutacaq.

 
Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.