"ABŞ hələ ölkəmizlə bağlı mövqeyini formalaşdırmayıb"-Maka Boçorişvili

Bölmə: Siyasət › ,
Tarix: 21:06 22.05.2025

 

 

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubionun Senatda rəsmi Tbilisi ilə bağlı sualdan yayınmasına münasibət bildirib. “Bu gün eşitdiklərimiz onu göstərdi ki, məsələ hələ də ABŞ Dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni, Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirdi ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - M. Boçorişvili vurğulayıb.

 

ABŞ Dövlət katibi Marko Rubio Senatda Gürcüstanla bağlı suala cavab verərkən hələ bu məsələ üzrə dəqiq mövqenin müəyyən olunmadığını qeyd edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Vaqif Hüseyn bildirib ki, Macarıstanın baş naziri və Slovakiyanın baş naziri Rusiya yönümlü bir siyasət yeridirlər:

 

"Slovakiyanın baş naziri ən azından ABŞ ilə əlaqələr yaradır, ancaq Macarıstan bunun əksi olaraq sadəcə Rusiya ilə diplomatik əlaqələr qurur. Rumıniyada son seçkilərdə Rusiya yönümlü namizəd qalib gəlsəydi, çox güman ki, biz həmin tendensiyanı Rumıniyada da görərdik.

Bu ölkələr Rusiyaya iqtisadi cəhətdən bağlıdırlar. Qərb ölkələri Rusiya-Ukrayna müharibəsi zamanı öz mövqelərini qətiləşdirdilər. Məsələn, buraya Gürcüstanı nümunə göstərmək olar. Gürcüstan Avropa Birliyinə namizəd statusunu daşıyırdı.

ABŞ-nin Gürcüstana radikal addımlar atması gözlənilmir. Gürcüstanın baş nazirinin hər hansısa bir məclisə, tədbirə dəvət olunmaması da buna nümunədir".

 

Aygün Babayeva