Bu halda Ukrayna-Rusiya münasibətləri dizayn oluna bilər-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:27 22.05.2025

2022-ci ilin fevralından etibarən Rusiya-Ukrayna arasında olan gərginlik beynəlxalq arenada öz təsiri göstərir. Artıq Rusiya Federasiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi yeni ciddi bir mərhələyə keçid edib. Gərginlik qlobal əhəmiyyətlidir və əksər ölkələri maraqlandıran məsələdir. ABŞ, Fransa, Türkiyə, Avropa İttifaqına üzv olan ölkələr və s. bu qarşıdurmaya müxtəlif yöndən təsir bağışlayırlar. Əksər ölkələr sülhün olması, atəşkəsin tez bir zamanda bərpa olması və dövlətlərin ortaq qərara gətirilməsinə səy göstərir. Bunun nəticəsidir ki, Türkiyə, Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq məqsədilə İstanbulda görüş keçirdi. Cəhdlərə baxmayaraq gələcəkdə müharibənin olub olmaması məsəsəsi hələ də sual altındadır.

Bu barədə “informator.az”a danışan politoloq, siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, güclü hərbiləşmənin getməsi vəziyyətin nə dərəcədə təhlükəli olduğunu göstərir:

“Hələ ki, müharibənin gələcəyi mövzusunda fiziki münasibət bildirmək belə mümkündür ki, Rusiya Ukraynanın işğal olmuş torpaqlarını qaytarmaq niyyətindən uzaqdır və bunu heç bir halda reallaşdırmayacaq. Ukraynanın resursları, hərbi potensialı varmı həmin torpaqları azad etməsi üçün potensialı mövcud deyil. Lakin Kiyevin də məğlub olub sıradan çıxma ehtimalı yoxdur. Çünki həm ABŞ, həm də  Avropanın qərb hissəsinin dörd ölkəsində hərbiləşmə gedir. Görünən odur ki, daha çox status-kvo qalması şərti ilə gələcəyi yönəlik Ukrayna-Rusiya münasibətləri dizayn oluna bilər. Amma status-kvo əbədi sülh deməkdir, yoxsa sadəcə münaqişənin bir dönəm üçün təxirə salınmasımı? Məncə ikinci fikir daha məntiqli səslənir”.

Rusiya Ukrayna qarşıdurması beynəlxalq böhrana çevrilib. Müharibə özü ilə birgə siyasi və geosiyasi dəyişikliklərə səbəb olur. Görünən odur ki, aparılan danışıqlar, ATƏT, NATO və digər qurumların müharibənin atəşkəs elan olunmasına göstərdikləri cəhdlər isə hələ nəticə vermir.

Nurcan İsmayılova