Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcək

Bölmə: Dünya › ,
Tarix: 08:39 29.05.2025

 

Britaniya hökuməti süni intellektin tətbiqi və düşmən dövlətlərin fəaliyyətinə qarşı mübarizə aparmaq üçün kiberhücumlar həyata keçirən qrupların yaradılmasına 1 milyard funt sterlinq (1,35 milyard ABŞ dolları) məbləğində vəsait xərcləyəcək.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Birləşmiş Krallığın müdafiə naziri Con Hiliyə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, “klaviaturalar müharibə vasitəsinə çevrilib”, buna görə də belə texnologiyaların və bölmələrin istifadəsi müdafiədə “yeni standartlar” təyin edəcək.